Beynəlxaq Cinayət Məhkəməsinin haqqında həbs qərarı çıxartdığı liviyalı Xalid Məhəmməd Əli Əl- Hişri Almaniyada saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İctimaiyyətin "Əl Buti" ləqəbi ilə tanıdığı Əl-Hişri Liviyanın paytaxtı Trablus şəhərində yerləşən həbsxanada təcavüz, işgəncə, qəsdən adam öldürmə cinayətləri ilə ittiham edilirdi. O, Liviya Daxili İşlər Nazirliyinin xüsusi strukturlarının birində çalışırdı.