Ru
16:34 / 12 Aprel 2022

Şöbədə arvadını güllələyən polisə ağır cəza verildi - Məhkəmə qərarı

49039

Bakı Ağır Cinayətlər Məhkəməsində polis şöbəsində arvadını güllələyən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Bakupost.az bildirir ki, APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.


Ona qarşı qaldırılan mülki iddia qismən təmin edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsdən ümumilikdə 8 min manat tutularaq zərərçəkənin ailəsinə ödənilməlidir.


Qeyd edək ki, prokuror çıxışında İsmayıl Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.


Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.


Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər