Ru
10:23 / 13 Yanvar 2023

Sosial müavinətlər artırıldı - Sərəncam

29180
Azərbaycanda sosial müavinətlərin məbləğləri müəyyənləşib.

Bakupost.az xəbər verir ki bununla bağlı Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;

2. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;

3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;

4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;

5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;

6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;

7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat.

2. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361; 2021, № 8, maddə 922, № 12, maddə 1361; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənd üzrə:

2.1.1. 1.1.1-ci yarımbənddə “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.5. 1.1.6-cı yarımbənddə “100” rəqəmləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.6. 1.1.10-cu yarımbənddə “70” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. 1.2.1-ci yarımbənddə “237” rəqəmləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.2.2-ci yarımbənddə “300” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.2.3-cü yarımbənddə “350” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Şərhlər
  • Əhmədli Türkan

    Salam Əhmədli Türkan Mirzə qızı 2011ci ildə Göyçay rahonunda ağır dərəcəli travma ilə doğulub.Onun əlillik dərəcəsi 100faizdi.uşaq seribral iflic diyaqnozu qoyulub.O 200manat dövlətdən pensiya alır.Əslində ağır dərəcəli uşaqlara pensiya çox verilməlidi.Xahiş edirik bizim müraciyyətimizə baxasız.Bizə bir məlumat verəsiz.

  • Raqif Əliyev

    Veteran pulu artib yoxsa yaddan çıxıb?

  • Zeynalov Sadiq

    Vetran pulları nə qədər artıb?

  • Mikayilov ixtiyar servan oxlu

    İkinci qarabax vetirani artım olacak ?

  • Yelmar cavadov

    6HSGVKQ

  • Hüseynov tural

    Şəki

  • Zehra

    Salam qizim yeddi ayliqdi yasi olmayib sosiyal dusur bize

  • Coşqun əsgərzadə

    Veteran pulu haqında bilmək istəyirəm 80m artım şamil olunub

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər