Ru
00:38 / 16 Aprel 2024

"Sosial yardımın əhatə dairəsi artırılmalıdır" - Ekspert

1994
"Bu gün ünvanlı sosial yardım təyinatı ilə bağlı səsləndirilən fikirlərin, narazılıqların əksəriyyəti 2018-ci ilə qədər həmin sahədə baş verən çox ciddi nöqsanlarla bağlıdır. 2018-ci ildən başlayaraq bu istiqamətdə qanunun effektiv şəkildə tətbiq edilməsi, şəffaflığın təminatı nöqsanarı aradan qaldırmağa başladı. Bu da əhalinin bir hissəsinin və həmçinin həmin qərarların qəbulunda iştirak edənlərin narazılığına səbəb oldu".




Bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov söyləyib.


Onun dediyinə görə, əhalinin daha çox kateqoriyalarının sosial dəstək alması vacibdir. Buna ehtiyacı olan insanların sayı çoxdur. Amma bu o demək deyil ki, dəlallar, hansısa məmurlar, işbazlar ünvanlı sosial yardımdan iqtisadi dividientlər əldə etməlidirlər:


"Burada şəffaflığın, qanunun effektiv şəkildə tətbiqinin təmin edilməsi labüd idi. Radikal, bir sıra hallarda kəskin də olsa, bu qərar verilməli idi".


İqtisadçı qeyd edib ki, əhalinin sosial dəstək alması ilə bağlı mexanizmlər genişləndirilməlidir:


"Sosial yönümlü siyasət ardıcıl şəkildə davam etdirilməlidir. Çünki bunun həm iqtisadi, həm sosial baxımdan çox böyük önəmi var. Əhaliyə sosial dəstəyin verilməsi son nəticədə həm də iqtisadi artıma təkan verir. Fikrimcə, burada sistemli yanaşmaya ehtiyac var".

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər