Ru
18:10 / 16 Aprel 2024

“Sosial yardımla bağlı mexanizm dəyişdirilməlidir” - İqtisadçı

4480
“Ünvanlı sosial yardımın məqsədi məhz formalaşmış gəlirlərin az olan hissəsinin kompensasiyasıdır. Bəzi xərclərin nəzərdə tutulmuş normanın üzərində olmasına görə yardım verilməsindən imtina edilir. Nəticədə həmin ailələr müdafiə olunmur. Ona görə ciddi təkmilləşdirmələrə və daha effektiv sosial müdafiə mexanizmlərinə ehtiyac var".



Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad bildirib.

Onun dediyinə görə, Azərbaycanda sosial müdafiə mexanizmi alətlərinin sayının çoxluğu baxımından vəziyyət o qədər də pis deyil:

"Lakin bu mexanizmlərin keyfiyyəti baxımından problem yaşanır. Bəzən elə məhdudiyyətlər tətbiq edilir ki, ailə ünvanlı sosial yardımdan məhrum olunur. Özünüməşğulluq Proqramının monitorinqi aparılmasa da, onun o qədər də ürəkaçan olmadığı görünür. Yəni yaradılan fərdi və ailə bizneslərinin davamlığında çox ciddi problem var”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər