Ru
20:26 / 13 May 2024

"Şoyqunun gedişi orduda radikal dəyişikliyə səbəb olmayacaq" - Hərbi ekspert

1495
“Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putin tərəfindən onun qarşısında qoyulan, xüsusiilə də dörd günə Ukrayna müharibəsini həll etmək vəzifəsini yerinə yetirə bilmədi. Bundan sonra proses kifayət qədər uzandı və hətta Rusiya müharibənin ilk ilində işğal etdiyi dörd Ukrayna vilayətindən geri çəkilməli oldu. Sonrakı müddətdə isə Rusiya ordusunun "Vaqner"in qarşısından geri çəkilməsi, hətta bu qruplaşmanın Rusiya Müdafiə Nazirliyinin rəhbərliyindən daha yüksək nüfuza malik olması təbii ki, Rusiya prezidentini radikal addımlar atamağa vadar edirdi”.




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya Müdafiə naziri Sergey Şoyqunun nazir postundan uzaqlaşdırılmasını şərh edərkən deyib.

O, çıxışına daha sonra bunları əlavə edib:

“Əslində nə Şoyqu, nə də Belousov peşəkar hərbçi deyillər. Hər ikisi mülki universitetləri bitiriblər. Lakin Sergey Şoyqu uzun müddət Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsində çalışıb və müdafiə naziri postuna da ordan gətirilmişdi. Hər halda ondan sonra çox ciddi, radikal dəyişikliklərin olacağını düşünmürəm. Çünki əvvəl olduğu kimi, indi də Rusiyanın Ukraynada apardığı döyüş əməliyyatlarına Valeri Gerasimov rəhbərlik edir. Onun fəaliyyəti qənaətbəxş olmasa da, ən azından Şoyqu qədər mənfi fiqur kimi tanınmır".

Ekspert qeyd edib ki, Rusiya prezidentinin atdığı bu addım bundan sonra Kremlin silahlı qüvvələrin baş qərargahını, təminat, təchizat məsələlərindən kənarda tutmaqla diqqəti daha çox döyüş əməliyyatlarının aparılmasına yönəldəcəyindən xəbər verir:
"Belə bir təcrübəni dünyanın bir çox yerində, xüsusilə NATO üzvü olan ölkələrdə izləyirik. Orda hətta mülki təhsili olan qadınlar belə müdafiə naziri vəzifəsini uğurla icra edirlər. Görünür, Rusiya da bu istiqamətdə fəaliyyətini genişləndirməyə qərar verib”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər