Ru
10:54 / 11 İyul 2026

Suda boğulan şəxsə necə kömək etmək lazımdır?

Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
Eye

Suda boğulma çoxşaxəli bir prosesdir və hər zaman tənəffüs yollarına suyun dolması ilə nəticələnmir.


" Bakupost" Milli.az-a istinadən xəbər verir ki, rusiyalı xilasedici-təlimatçı Dmitri Mikryukov suda boğulma hər zaman tənəffüs yollarına su dolması ilə nəticələnmədiyini bildirib.

Onun sözlərinə görə, insan suya düşəndə əvvəlcə refleks olaraq nəfəsini saxlayır və vaxtında xilas edilərsə, boğulma baş verməyə bilər. Ekspert qeyd edib ki, panikaya düşən boğulan şəxs xilasedicidən möhkəm yapışaraq onu da təhlükəyə ata bilər. Buna görə də kömək göstərərkən xilasedici dairə, jilet və ya digər üzən vasitələrdən istifadə etmək daha təhlükəsizdir. Əgər zərərçəkən sahilə çıxarıldıqdan sonra huşsuz olsa, lakin nəfəs alsa, yan vəziyyətə çevrilməli və vəziyyəti nəzarətdə saxlanmalıdır.

Nəfəs almırsa və huşu yoxdursa, vaxt itirmədən ürək-ağciyər reanimasiyasına başlanmalı, tənəffüs yollarındakı suyu çıxarmağa çalışmaqla vaxt itirilməməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar