Ru
17:54 / 11 İyul 2026

Dünya Kuboku futbolçusu 25 yaşında vəfat etdi

Dünya Kuboku futbolçusu 25 yaşında vəfat etdi
Eye

“Mamelodi Sundowns” klubunun və Cənubi Afrika millisinin mərkəz yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.


"Bakupost" xəbər verir ki, futbolçunun ölüm xəbərini onun məşqçisi Brendin Conson təsdiqləyib. O, ölümün səbəbini açıqlamayıb.

Bəzi KİV-lərdə yayılan məlumatlara görə, Adamsın intihar etdiyi iddia olunur. Həmin məlumatlarda futbolçunun ağır depressiyadan əziyyət çəkdiyi qeyd edilib. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Ceyden Adams 2026-cı il dünya çempionatında Meksika, Çexiya və Cənubi Koreyaya qarşı keçirilən oyunlarda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. Turnirin 1/16 finalında isə ehtiyat oyunçular skamyasında qalıb. Həmin görüşdə Cənubi Afrika millisi əlavə olunmuş vaxtda buraxdığı qolla Kanadaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Cənubi Afrika millisi 2026-cı il dünya çempionatında tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar