Sumqayıt şəhərində tanınmış detektiv yazıçı Müşfiq Abbasovla görüş keçirilib.
Bakupost.az xəbər verir ki, "Manifest" kitab mağazasında baş tutan görüşdə yazıçının "Şeytanın siması", "Qan haqqı", "Mənfi4" əsərləri müzakirə olunub, habelə oxucular onları maraqlandıran sualları yazıçıya ünvanlayıblar.
Müşfiq Abbasov son günlər cəmiyyətdə müzakirə olunan bir sıra xüsusilə ağır cinayət hadisələrinə öz münasibətini bildirib, eyni zamanda təhsil, əxlaq, gənclərin tərbiyəsi, ailə dəyərləri və sair önəmli mövzulara toxunub. Sonda yazıçı oxucular üçün öz kitablarını imzalayıb, xatirə şəkilləri çəkdirilib.