Şuşada işlə təmin edilən əhalinin sayı açıqlanıb.
Dövlət Məşğulluq Agentliyindən
Bakupost.az -a verilən məlumata görə, keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.
Bildirilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.
.
Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb.
Belə ki, 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.
Eyni zamanda, Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-dək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.