Ru
14:01 / 23 İyul 2024

Tanınmış döyüşçü deputatlığa namizəd oldu - FOTO

Tanınmış döyüşçü deputatlığa namizəd oldu -  FOTO
Eye

44 günlük Vətən Müharibəsinin qəhrəmanı, Silahlı Qüvvələrin ehtiyyatda olan zabiti, Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov deputatlığa namizəd olub.

Bakupost.az –ın məlumatına görə, İ.Səfərov seçkilərə 14 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən qatılacaq.


İ.Səfərov 1985-ci ildə Naxçıvanda, Babək rayonunun Sirab kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsində İnzibati İdarəetmə və Gömrük Ekspertizası ixtisası üzrə təhsil alaraq, qırmızı diplomla bitirib.

Hərbi xidmətini tağım komandiri olaraq bitirib leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılıb. Sonra Naxçıvanda keçirilən işə qəbul imtahanında ən yüksək balı toplayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində işə qəbul olunub. 8 il komitədə müxtəlif vəzifələrdə çalışıb və gömrük mayoru rütbəsinə qədər yüksəlib.

Amerika-Meksika sərhədində keçirilən təlimlərdə iştirak edən zaman magistratura təhsili alıb. İtaliyanın Roma di Sapienza Universitetində oxuyub. Sonradan Amerikaya köçüb. Amerikada və Kanadada müxtəlif işlərdə çalışıb.

Vətən Müharibəsi iştirakçısıdır . “Füzulinin azad olunması”, "Xocavəndin azad olunması", "Şuşanın azad olunması", “Cəsur döyüşçü” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.





Elnur
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar