Ru
10:48 / 15 Mart 2023

"Taksi operatorları özbaşınalıq edirlər" - Ekspert

"Taksi operatorları özbaşınalıq edirlər" - Ekspert
Eye

“Son vaxtlar bəzi taksi operatorları fərqli tarif siyasətinə keçiblər. Bu sahəyə lazımi nəzarət olmadığından onlar istədikləri tarif siyasəti tətbiq edirlər”.




Bakupost.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.


O bildirib ki, ölkədə taksi xidmətində vahid tarif tətbiq edilmədiyindən gediş haqqı məsafəyə uyğun tənzimlənir:


“Gediş haqqının dəqiqə hesabı ödənilməsinin sərnişinlərə sərfəli olub-olmayacağını bu xidmət istifadəyə verildikdən sonra müəyyən etmək mümkün olacaq. Vahid qiymət sistemini müəyyənləşdirmək bu baxımdan önəmlidir ki, belə özbaşınalıqlar olmasın. Sözügedən qiymət sistemi bu kimi halların qarşısını alar. Təəssüf ki, ayrı-ayrı şirkətlər özbaşınalıq edirlər. Dünyada gecə-gündüz, pik saatlar, bayram günləri ilə bağlı fərqli tariflər var. Taksi şirkətləri gecə bir, gündüz isə fərqli tarif siyasəti yürüdə bilər. Amma dəqiqəyə görə gediş haqqının ödənilməsi tıxac olduqda sərnişinə sərf etməyəcək".


Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar