Ru
17:10 / 22 Dekabr 2023

Tanınmış jurnalist Heydər Əliyevlə bağlı kitab yazdı - FOTO

10131
Əməkdar jurnalist İlqar Rüstəmovun Heydər Əliyevlə bağlı kitabı işıq üzü görüb.


Bakupost.az xəbər verir ki, “Heydər Əliyev xatirələr işığında” adlı bu kitab - müsahibələr toplusu “Xalq qəzeti”nin 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində hazırlanıb.


Müsahibələrin hər birində H.Əliyevin dövlətçilik fəaliyyətinin bir çox məqamlarına işıq salınır. Onları son dərəcə maraqlı edən məqam isə ondan ibarətdir ki, müsahiblərin hamısı Ümummilli liderin hakimiyyətdə olduğu hər iki dönəmdə yüksək dövlət vəzifələrinə irəli çəkdiyi və onun rəhbərliyi altında çalışmış şəxslərdir.

Kitabın özəl məziyyətlərindən biri də burada Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən “Dahi ömrünün anları” başlığı altında üç şəkilli albomun yer almasıdır. “Azərbaycana doğan Günəş” Heydər Əliyevin hakimiyyətinin ilk dövrünü, “Möhtəşəm yüksəliş” onun Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu və Naxçıvana qayıdışı dövrünü, “Qayıdışın zəfər təntənəsi” adlı albom isə müstəqil Azərbaycanın Prezidenti olduğu dövrü əhatə edir.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər