Ru
09:25 / 28 Sentyabr 2022

Tanışını bıçaqlayaraq öldürdü

1925
Sentyabrın 27-si saat 04 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşov öldürülüb.

Bu barədə Bakupost.az -a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər