Türkiyə və Azərbaycan münasibətləri gündəlik siyasətə alət edilməyəcək qədər köklü və qədimdir.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib.
“Prezident Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, bu bağlar iki dövlət arasındakı əlaqələrdən daha artıqdır. Cənab İlham Əliyevi, ailəsini, Can Azərbaycanı hədəf alan ifadələri sərt şəkildə qınayırıq. Tənqid başqadır, təhqir isə tam başqa... Qazi Məclisimizin kürsüsü qardaşlıq əlaqələrini gücləndirən sözlərə məkan olmalıdır. AKP-nin, hökumətimizin və Cümhur İttifaqının mövqeyi qətidir. Cümhurbaşqanımızın ortaya qoyduğu çərçivənin xaricinə çıxmaq cəhdlərini qəbul etmirik. Türkiyə güclüdür, Can Azərbaycan güclüdür. Bir millət, iki dövlət – birlikdə daha güclüyük”, - deyə türkiyəli deputat bildirib.
AZƏRBAYCAN RESPUBLIKASININ PRESIDENTI ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ ALLAH SAĞLAM UZUN ÖMÜR VERSİN
Türkiyə -Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərindən danışanda heç bir türk hissə qapılmalıdır. İki dövlət tək bir millət anlamını heç kim unutmamalıdır.
O zaman ilk növbədə hakimiyyətdə yüksək vəzifə tutan birinin ağzından çıxan laflara görə cəzalandırmaaı lazım