Ru
13:30 / 22 Noyabr 2022

Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil! - AUDİO

20282
İranda Məhsa Əminin ölümündən sonra başlayan xalq hərəkatı 68 gündür ki davam edir. Etiraz aksiyaları bütün ölkəni, eləcə də Güney Azərbaycanın bütün bölgələrini - Təbriz, Ərdəbil, Zəncan, Qəzvin, Marağa, Urmiyə, Xoy və digər şəhərləri bürüyb. Ancaq buna baxmayaraq, İran rejimi nəinki islahata getmək, yerli əhalinin hüquqlarını, milli haqları tanımaq istəmir, əksinə daha da qəddarlışaraq, xalqa divan tutur. Hər gün öz haqqını tələb edən onlarla insan, azyaşlı uşaqlar belə küçənin ortasında güllələnir. Ölənlərin sayı 420 nəfər çatıb ki, onlardan da 60-ı azyaşlıdır.


İran rejimi etirazları qan içində boğmağa çalışsa da, artıq bu cəhdi baş tutmur. Hər gün rejimin nökərləri əliyalın, dinc aksiyaçıları gülləbaran etsə, küçələrdə qan su yerinə axsa da, rejimi devriməyi, azadlıq eldə etməyi hədəfləyən İran xalqları, xüsusən də sayca üstünlük təşkil edən Güney azərbaycanlılar təslim olmaq niyyətində deyil. Çünki zaman yetişib və dünyanın daha bir qapalı ölkəsi azadlığa "hamilədir". Artıq Güney Azərbaycan şəhərlərində soydaşlarımız Azərbaycan bayrağı qaldırır, milli haqlarını tələb edir, güllə yağışı altında müstəqillik uğrunda mübarizəni davam etdirilər.


Güney Azərbaycandakı, onun ürəyi Təbrizdəki hazırkı durum Xalq şairi Sabir Rüstəmxanlının "İnansa, Təbriz deyil!" şeiri ilə çox səsləşir.

Bakupost.az aktuallığını nəzərə alaraq, həmin şeiri Xalq şairimizin öz ifasında təqdim edir:



İNANSA TƏBRİZ DEYİL!

Yenə bir məmləkətin ərşə dirənib ahı,
Yerdən əli üzülüb, göydən gəlmir pənahı,
Farsın işğalıdı bu! Mollanın nə günahı?
Din adına irtica! Bu ki yalan söz deyil!
Təbriz buna inanmaz! İnansa Təbriz deyil!

Daşlarda tarix gəzir, kimindi daş, bilinməz,
Əxlaqı daş dövründə - bacı-qardaş - bilinməz!
Anasına göz dikər, yenə oğraş bilinməz!
Ey bunu tarix sayan! Əyyami-Kəmbis deyil!
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!

Bu yurd türkün torpağı! İzləri itmir hələ!
Əkdiyin şər toxumu göyərib bitmir hələ,
Fikrin Sasanilikdən bəriyə ötmür hələ -
Anlamırsan millətlər önündə kəniz deyil!?
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!

Nə Şirazda gözüm var, nə də İsfahanında,
Baxmayaraq onlar da can alıbdır qanımdan,
Təxti-Cəmşidin ki var! Əl çək bağ-bostanımdan
Mənimki Ərdəbildi, Marağadı... Şiz deyil!
Təbrizin gözü toxdu! Ac olsa, Təbriz deyil!

Özünə paytaxt edib sahibləndin Tehrana,
Parsabadlar əkirsən Qaradağa, Mugana,
Zəncanın, Həmədanın nə dəxli Farsistana?
Şükr et Mazandarana, Xorasan da az deyil,
Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!

Adını dəyişdirdin dağın, daşın, çöllərin,
Öz ismiylə tarixə şöhrət olan ellərin,
Əl yetsə dəyişərsən qafasın ölülərin,
Önümüzə eşdiyin bir mərmidir, köz deyil,
Ocağına isinməz! İsinsə, Təbriz deyil!

Fars türkü öz içində əritsin - Nə vaxt olub?
Ruhuma öz məkrini yeritsin -Nə vaxt olub?
Ağlayan cocuğumu kirutsun- Nə vaxt olub?
Xəyanətlər uc-uca... əlli deyil, yüz deyil,
Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!

Firdövsinin sözü də tarixdən bir namədi,
Türkün böyüklüyündən qəzəblənib nə dedi?
Yazdığı həm "Şahnamə", həm də "Turannamə"di,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə Təbriz deyil!
Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər