Ru
18:41 / 30 İyun 2025

Tehran və Kreml Bakıya qarşı sinxron təxtibat üçün razılaşıblar? - Politoloq

Tehran və Kreml Bakıya qarşı sinxron təxtibat üçün razılaşıblar? - Politoloq
Eye

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai iyunun 30-da keçirdiyi brifinqdə jurnalistin ona ünvanladığı "İsrail dron atmaq üçün Azərbaycan torpağından istifadə edibmi?" təxribatçı sualına cavab olaraq deyib ki, istisnasız olaraq bütün qonşu ölkələr Tehranı "sionist rejimin" İrana qarşı hücumları üçün öz məkan və ərazilərindən sui-istifadə etməsinə imkan verməyəcəklərinə əmin ediblər. İranlı diplomatın “mən burada qətiyyətlə bildirirəm ki, qaldırdığımız bütün məsələlər müvafiq dövlətlər tərəfindən açıq və qəti şəkildə rədd edilib” cümləsində “qaldırdığımız bütün məsələlər” ifadəsi diqqəti cəlb edir.

Bakupost.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.


O bildirib ki, “Qaldırdıqları bütün məsələlər” ifadəsi sanki Tehranın Azərbaycanla bağlı “şübhələri” gündəmdədir anlamı daşıyıb.

"Görünür, Azərbaycan rəsmilərinin, diplomatlarının və ekspertlərinin üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməcəyinə dair qətiyyətli açıqlamaları Tehran üçün kifayət deyil. İsmayıl Bəqainin “İran Silahlı Qüvvələri, təhlükəsizlik və hərbi qurumlar hər bir hadisəni mütləq diqqətlə izləyəcək və məlumatlar paylaşacaq” cümləsi də buna işarədir. Maraqlıdır ki, Tehran və Kreml Azərbaycana qarşı təxribatçı siyasətlərinə sinxron şəkildə başlayıblar. Bəlkə bununla bağlı ikili arasında razılaşma var?"


Aygün,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar