Ru
14:15 / 14 May 2024

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

1174
İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Nərimanov rayonu ərazisində qeydə alınıb.

İttihama görə, 18 yaşlı Fateh Məmmədov həmyaşıdı Hikmət Kərimovla aralarında yaranmış mübahisə zamanı onu bıçaqla qətlə yetirib.

F.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub.
Tələbəni öldürən həmyaşıdına hökm oxundu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər