“Bütün Azərbaycan televiziyaları mənə qarşı koalisiya yaradıb, efirlərə buraxmırlar”.
Bakupost.az xəbər verir ki, bunu Müsavat TV-nin canlı yayımında aparıcı Kamran Həsənli deyib.
Aparıcı televiziyalardakı vəziyyətin bərbad olduğunu bildirib:
“Televiziyalarımız "rəhmətə gedib", çoxdan “ölüb”. Azərbaycanda sıfırdan televiziya yaratmaq qabiliyyətinə malik peşəkarlar var. Amma heç biri bu sahədə deyillər...
O vaxt mən “Space”ə təzə gələndə köhnə “oliqatr”lar birləşib əleyhimə məktublar yazırdılar.
Televiziyalarda qeyri-peşəkarların, ədəbsizlərin, mənəviyyatsızların böyük yığıncağı var. Onlar çalışırlar ki, peşəkarları sıxışdıraraq, öz rüşvət, korrupsiya işlərini görüb, 5-10 manatlarını qazana bilsinlər. Mənim apardığın “Sizim saat” verilişi ilk canlı efir olub. İndi televiziyaların vəziyyəti yaxşı deyil. Yalnız AzTV-dir ki, onun da 50 milyon büdcəsi var. Bizim yaratdığımız əvvəlki formatdan çıxıb, yeni format düşünə bilmirlər. Azərbaycan televiziyası sanki yad planetdir, baş verən bütün proseslərdən kənardadır. Ötən gün helikopter qəzası zamanı xarici kanallar həmin an bu hadisədən danışdı.
Amma bizim kanalları açıb baxırsanki, çalıb-oxuyurlar, oynayırlar...”.
Az.tv,Mədəniyyət və İTv kanallarını çıxmaqla,o biri kanalların hərəsində 1-2 veriliş var.Qalanı insanda ikrah oyadır
Bu məqalədə televiziyalardakı vəziyyət barəsində deyilənlərlə tam razıyam. Köklü dəyişikliklər edilməlidir.