Ru
13:16 / 07 İyun 2024

“Təqaüd yaşının artırılması prosesi davam edir” - Sahib Məmmədov

2054
“Əmək pensiyası yaşının mərhələli artım praktikası geniş yayılıb. Pribaltika ölkələrində pensiya yaşı hələlik 60 yaşdır. Amma 2025-27-ci illərdə məlhələli şəkildə kişi və qadınların pensiya yaşı 65-ə qaldırılacaq. Rusiyada pensiya yaşı tədricən kişilər üçün 65, qadınlar üçünsə 60 yaşa çatdırılacaq. Azərbaycanda isə təqaüd yaşının artırılması prosesi davam edir. Ölkədə kişilər üçün pensiya yaşı 65 olaraq müəyyən edilib, qadınların pensiya yaşı isə 2027-ci ilədək 65-ə çatdırılacaq. Əmək pensiyası yaşı isə ortalama 12 il götürülür. Amma faktiki olaraq bu, belə deyil. Kişilər üçün bu 7 ili, qadınlar üçün isə heç 9 ili keçmir. Burada 12 il müddətin pensiya yaşı üçün əsas götürülməsi beynəlxalq standartlara uyğunlaşdırılıb. Qanunvericilikdə incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.

O qeyd edib ki, ölkədə əmək pensiyaları insanların iş müddətində toplandığı kapital hesabına formalaşır:

"İndi işləyənlərin hesabına toplanan kapital hazırda pensiyada olanlara ödənilir. Gələcəkdə isə vətəndaş pensiyaya çıxdıqda o zaman işləyənlərin kapitalı onların müavinətinə yönəldiləcək. Burada normal hal yüksək əməkhaqqı təminatı ilə bağlıdır. Belə olan halda yığım da daha yaxşı olar.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər