Ru
10:38 / 23 May 2025

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"
Eye

Azərbaycanın Xalq artisti Faiq Ağayev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Bakupost.az xəbər verir ki, Xalq artisti Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk üç ilində yalnız dərs aldıqları müəllimlərinin müalicəsi ilə məşğul olmalı olduqlarını qeyd edib.

Faiq Ağayev düşünür ki, bu addım səhiyyənin səviyyəsini qaldıra bilər:

“Səhiyyəmizin səviyyəsini yüksəltmək üçün, Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk 3 ilini yalnız dərs aldığı müəllimlərinin müalicəsi ilə məşğul olmalıdır.”

Paylaşımda xalq artisti tibbi simvol və təcili yardım emojisinə də yer verərək, məsələnin ciddiliyinə diqqət çəkib.

Qeyd edək ki, Faiq Ağayev tez-tez cəmiyyətin müxtəlif sahələrinə dair fikirlərini sosial şəbəkə hesablarından bölüşür və ictimaiyyətin marağına səbəb olur.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar