Tibbi sığorta vətəndaşları qane edirmi? - Sosial sorğu
573
Bakupost TV paytaxt ərazisində icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşlar arasında sosial sorğu keçirib.
Sorğu zamanı iştirakçılara xəstəxanalarda tibbi sığortadan istifadə imkanları və mövcud problemlərlə bağlı suallar ünvanlanıb. Vətəndaşların bir qismi sığortadan istifadə edərək əməliyyat olunduqlarını və xidmətlərdən yararlandıqlarını bildirib. Onların sözlərinə görə, bəzi cərrahi müdaxilələr və müayinələr sığorta çərçivəsində qarşılanıb.
Digər vətəndaşlar isə növbələrin nizamsızlığından şikayətləniblər. Bildirilib ki, xüsusilə paytaxt xəstəxanalarında sıxlıq müşahidə olunur və qəbul prosesində müəyyən çətinliklər yaranır.
Sorğu iştirakçıları arasında həkim çatışmazlığı ilə bağlı narazılıqlar da səsləndirilib. Onların sözlərinə görə, regionlardan Bakıya üz tutan pasiyentlərin çoxluğu növbələrin daha da artmasına səbəb olur. Bəzi vətəndaşlar savadlı və ixtisaslı həkimlərin sayının artırılmasını, eləcə də bölgələrdə tibbi xidmətin gücləndirilməsini təklif ediblər.
Şərhlər
Yep Yeni Süni İntellekt
Vətəndaşları AzSSR dövründən Səhiyyə xidmətinin, eləcə təhsilin də özəl, şəxsi *ödənişsiz* (pulsuz) dövlət büdcəsindən maliyyələşdirilməsi alternativsiz sərfəli qayğı-qayda kimi yaddaşlarda qalıb! Sığortalı tibbi-səhiyyəti vətəndaşların səhiyyə və tibbi xidməti ehtiyacları olmadığı, kəskin azalma hallarında sadəcə səmərələ də deyil, qaçılmaz sərfəli olma ehtimalı vardı? Cəmiyyətin artan tələbatı və ehtiyacların real ödənişi yeni modern *Sığortalı Tibbin* elə təcrübi model, ya ibarə kimi yararsızlığını özü sübutlamadımı?