Ru
21:00 / 13 May 2022

Tikinti şirkəti evləri hasara alıb - “Melissa Group”un insanlara yaratdığı real təhlükə - FOTO

908
Bakıda məşhur tikinti şirkəti - “Melissa Group” sakinlərin həyatına təhlükə yaradır. Şirkət yaşayış olan evləri hasara alaraq, əraziyə ağır texnikalar cəlb edib, hündürmərtəbəli binalar tikir.


Bakupost.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Xan Şuşiniski 36 ünvanında yerləşən “Melissa Group” tikinti şirkətinin Azadlıq layihəsindən gedir.


Sakinlər qeyd ediblər ki, həmin tikintidə təhlükəsizlik və qanunsuz hasarlanama ilə bağlı çox ciddi nöqsanlar var.


Sakin Kamaran Sultanlı da “Melisa Group”un qanunsuz əməllərindən şikayətçidir.


“Nərimanov rayon Xan Şuşiniski 36 ünvanında yerləşən ərazidə "Melissa Group" tikinti şirkəti qanunsuz tikinti işləri aparır. Bundan əlavə həmin ərazidə 20-dən çox ev olmasına baxmayaraq əraziyə, hasar çəkərək yolu bağlayıb. Eyni zamanda həyata keçirilən tikinti işində də heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Hətta tikinti üçün gətirilən kranlar belə ciddi təhlükə mənbəyidir. Bakı ən çox külək olan şəhərdir. Bu zaman tikinti aparılarkən istənilən vaxt tikinti materiallarından evlərin üstünə düşmə ehtimalı çoxdur. Axırıncı dəfə güclü külək zamanı çoxlu taxtalar yerə düşdü. Onlar bizim evlərin və yaxud uşaqların üzərinə düşsəydi faciə ola bilərdi. Müraciət və zəng etdiyimiz bütün aidiyyəti qurumlar bunun qanunsuz olduğunu desələr də, heç bir ciddi addım atmayıblar. Şirkətin özünə müraciət etdikdə isə deyirlər ki, sənədlərimiz və icazəmiz var. Niyə sakinlərin evlərinin qarşısı hasar olunmalıdır? Bütün aidiyyəti qurumlar bu işi bir-birinin boynuna ata-ata məsləyə heç bir əncam çəkmirlər. Sakinlərin əksəriyyəti “Melisa Group” tikinti şirkətini məhkəməyə veriblər. Hətta məhkəməni biz qazanmış olsaq belə onlar buna əhəmiyyət vermədən tikintiyə davam edirlər. Müraciət etdiyimiz bütün aidiyyəti şəxslər gəlib baxır və çıxıb gedir”.


Məsələ ilə bağlı "Melissa Group"a dəfələrlə müraciət etsək də, ittihamlara cavab verən olmadı.




Fərid
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər