Ru
15:47 / 24 Yanvar 2023

"Toppuş bacı"nın həyat yoldaşı ürəyindən əməliyyat olunub

"Toppuş bacı"nın həyat yoldaşı ürəyindən əməliyyat olunub
Eye

Ötən gün vəfat edən əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal dəfndə üzünü bağlaması və insanlardan uzaq durması ilə diqqət çəkib və birmənalı qarşılanmayıb.

Bir çoxları aktrisanın həyat yoldaşının bu hərəkətini müxtəlif yerlərə yozsa da, ailəyə yaxın adamlar əslində Röyalın özünü qoruması üçün belə etdiyini açıqlayıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, 35 yaşlı Röyal 2-3 ay öncə ürəyindən əməliyyat olunub.

Aktrisaya yaxın mənbə faktı təsdiqləyib.

“Tünzalə özünün sağlamlığı ilə çarpışdığı bir vaxtda həyat yoldaşının da ürəyində ağır problem olduğunu qəbullana bilmirdi. Röyala əməliyyat vacib idi. Bu məsələ onların hər ikisi üçün əlavə stress yaşatdı. Amma şükür, əməliyyat olunub, düzəlmişdi”.

Həkimlərin təkidi ilə çox insan axını olan şəraitdə, xüsusən virusların aktiv yayıldığı dövrdə tənəffüs üzvlərini bağlamalı idi. Ona görə o maska əvəzi qalın şarfdan istifadə edib. Belə xəstələrin bir neçə ay özünü infeksiyalardan qoruması şərtdir.



Aygün
BakuPost

Şərhlər
  • İbrahim Zeynalov

    Toppuş bacıya Allah qəni qəni rəhmət eləsin, qəbri nurla dolsun. Son günlər bütün mətbuatı bu hadisə zəbt edib.Aydındır ki sevəni çox idi.Amma bu mətbuatın cılızlığına bax ki indi yeni xəbər tapıb."Toppuş bacı"nın həyat yoldaşı ürəyindən əməliyyat olunub.Ayıbdı vallah.Heç hənanın yeridi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar