Ru
16:34 / 19 Dekabr 2024

Tovuzda məktəbdəki hadisə ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA - FOTO

Tovuzda məktəbdəki hadisə ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA - FOTO
Eye

"Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir".


Bakupost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır.

"Hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar