Ru
16:22 / 07 Dekabr 2022

Tramp 15 il vergidən yayınıb

Tramp 15 il vergidən yayınıb
Eye

ABŞ-ın keçmiş prezidenti Donald Trampın The Trump Organization şirkəti vergidən yayınmaqda ittiham olunur.

Bakupost.az xəbər verir ki, şirkətin 15 il müddətində vergidən yayındığı məhkəmədə sübuta yetirilib.

Vergidən yayınma və saxta biznes qeydləri kimi bir sıra cinayətlərdə təqsirli bilinən şirkətin yüksək səviyyəli şirkət rəhbərlərinə müstəqil podratçı kimi bonuslar verdiyi də aşkarlanıb.

Nyu-Yorkda keçirilən məhkəmədən sonra şirkətin 1,6 milyon dollar təzminat ödəməli olduğu açıqlanıb.

Hakim Cuan Merçan yekun qərarın yanvarın 13-də veriləcəyini bildirib. ABŞ ekspertləri cərimənin az olduğunu qeyd etsələr də, bu məbləğinşirkətin fəaliyyətinə təsir göstərə biləcəyini deyiblər.

Qeyd edək ki, Trump Organization şirkəti otel, qolf meydançası və digər daşınmaz əmlaklarıı özündə birləşdirir.

Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar