ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında baş verən münaqişəyə dair açıqlama verib.
Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, atəşkəs prosesi hazırda çox uğurla davam edir və bu, bütün tərəflər, o cümlədən İran üçün bir qələbə sayılır.
Tramp, həmçinin qeyd edib ki, ABŞ-nin hücumlarından öncə İran nüvə materiallarını obyektlərdən çıxara bilməyib:
“Məncə, onların heç bir şansı yox idi. Uran yerin altında idi. Onlar heç nə çıxara bilmədilər.”
Aysel,
BakuPost