Ru
08:47 / 18 Sentyabr 2025

Tramp İsrailin HƏMAS-a qarşı əməliyyatından narazıdır

Tramp İsrailin HƏMAS-a qarşı əməliyyatından narazıdır
Eye

ABŞ prezidenti Donald Tramp HƏMAS-a qarşı hərbi əməliyyatları atəşkəslə bağlı danışıqlardan üstün tutan İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərindən narazıdır.


Bakupost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İsrailin Qətərə zərbə endirməsindən sonra Trampın narazılığı xeyli artıb.

Müşavirləri ilə danışığı zamanı Tramp Netanyahunun onu ələ saldığını düşündüyünü düyib.

Qəzet qeyd edir ki, Tramp narazı olmasına baxmayaraq, İsrailə qarşı sərt tədbirlər görməkdən çəkinir. Nəşr bunu Trampla Netanyahu arasında yaxşı şəxsi münasibətlərlə əlaqələndirir.

Adı açıqlanmayan bir neçə amerikalı məmur Trampın İsrailin baş naziri ilə isti münasibəti ilə fəxr etdiyini və onu korlamaq istəmədiyini deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar