Ru
22:10 / 05 İyul 2025

Trampdan Ukrayna münaqişəsi ilə bağlı etiraf: Buna əmin deyiləm...

Trampdan Ukrayna münaqişəsi ilə bağlı etiraf: Buna əmin deyiləm...
Eye

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirə biləcəyinə əmin olmadığını bildirib.

Bakupost.az xəbər verir ki, bu haqda "Politico" məlumat yayıb.

Qəzet həmçinin bu bəyanatın onun münaqişəni tez bir zamanda bitirmək barədə əvvəlki vədləri ilə tamamilə ziddiyyət təşkil etdiyini yazıb.

Tramp jurnalistlərin müharibəni bitirə biləcəyinə əmin olub-olmadığı ilə bağlı sualına "Bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm. Bəli. Bunun baş verməsini istərdim", - deyə cavab verib.

Qeyd edək ki, o, seçki kampaniyası zamanı hakimiyyətə gəldikdən dərhal sonra 24 saat ərzində iki ölkə arasında davam edən müharibəyə son qoyacağına söz vermişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar