Ru
11:07 / 14 May 2024

“Trendyol Azərbaycan” karqo qiymətlərini qaldırdı - Açıqlama

“Trendyol Azərbaycan” karqo qiymətlərini qaldırdı - Açıqlama
Eye

Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər.

İddia olunur ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur.

Məsələ ilə əlaqədar “Trendyol Azərbaycan”dan bildirildi ki, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub:

"Yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlifhəcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər".

Qeyd edək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar