Ru
23:00 / 01 Avqust 2022

Tüklü qolaltısının fotoları ilə yüz min dollar qazanır - FOTO

2906
20 yaşlı kollec tələbəsi OnlyFans platformasında qolaltını nümayiş etdirməklə pul qazanır.

Bakupost.az xəbər verir ki, ABŞ sakini gənc qız epilyasiyasız qolaltını nümayiş etdirərək model kimi platformada çəkilir. Ona bu iş ayda 20 min dollar qazandırır.

Bu qazanc qızın öz peşəsi üzrə alacağı maaşdan qat-qat yüksəkdir.

Təbii tükləri ilə məşhur olan qız bununla özünə güvən qazandığını da deyir:

"Mən kimlərinsə xoşuna gəlmək və kimlərinsə qoyduğu qanunlara görə epilyasiya etdirmək istəmirəm. Bikini və qolaltımı çoxdan, hələ model olmazdan əvvəl təmizləmirdim.

Bu fotolarıma çoxsaylı təriflər gəlir, məni cazibədar hesab edirlər. Bir çox qızlar, oğlanlar bundan ilhamlanaraq, tüklü bədənlərini nümayiş etdirməkdən çəkinmir. Bunlar məni ruhlandırır.

İnsan özünü olduğu kimi, təbiiliyi ilə qəbul etməlidir. Bunda utanacaq bir şey yoxdur".

Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər