Ru
15:25 / 30 İyun 2022

Türkan Şoray Cüneyt Arkınla belə vidalaşdı

Türkan Şoray Cüneyt Arkınla belə vidalaşdı
Eye

Türkiyəli aktrisa Türkan Şoray Cüneyt Arkının tabutunu qucaqlayaraq hönkür-hönkür ağlayıb.



Bakupost.az xəbər verir ki, bu gün vəfat edən aktyor Cüneyt Arkınla vida mərasimi keçirilib və o, torpağa tapşırılıb.



Arkınla birlikdə çoxsaylı filmlərdə rol alan Türkan Şoray dəfn mərasimində tabutu qucaqlayaraq göz yaşlarına boğulub.


Xatırladaq ki, Türkiyə kinosunun əfsanəvi aktyorlarından olan Cüneyt Arkın dünən 85 yaşında dünyasını dəyişib. Arkının cənazəsi Taksim Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdən sonra Teşvikiyə məscidinə gətirilib.


Mərasimə qatılan Türkan Şoray Arkının tabutunu öpüb və hönkür-hönkür ağlayıb.




Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar