Ru
12:42 / 28 İyun 2025

Türkiyə meşə yanğınları şiddətlənir

Türkiyə meşə yanğınları şiddətlənir
Eye

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunun İmalı kəndi yaxınlığındakı meşəlik ərazidə yanğın baş verib. Yanğın dünən səhər saatlarında başlayıb, lakin onun çıxış səbəbi hələ müəyyən edilməyib.


Bakupost.az xəbər verir ki, dərhal əraziyə Meşə Bölgə Müdirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi üçün 10 texnika, 3 helikopter və təxminən 100 nəfərlik canlı qüvvə ilə havadan və qurudan müdaxilə həyata keçirilib. Keçilməz ərazidə ağır texnikalar vasitəsilə yol açılaraq yanğının mərkəzinə çatmağa çalışılıb.

Əsasən kolluq sahələrdə davam edən yanğının 26 saatdır söndürülməyə çalışıldığı, hava dəstəyinin fasiləsiz davam etdiyi bildirilib.

Aysel,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar