Ru
13:07 / 28 İyun 2025

Fəhlə iş vaxtı öldü

Fəhlə iş vaxtı öldü
Eye

Gəncədə fəhlə işləyən şəxs qəfildən dünyasını dəyişib.


Bakupost.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, şəhərdəki tikintidə fəhlə işləyən 52 yaşlı kişinin iş vaxtı anidən halı pisləşib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölən şəxsin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar