Ru
12:38 / 28 İyun 2025

Arıqlama dərmanları öldürür - Həyəcan təbili

Arıqlama dərmanları öldürür - Həyəcan təbili
Eye

"Ozempic", "Wegovy" və "Mounjaro" dərman preparatlarının istifadəsindən sonra yüzlərlə insanda kəskin pankreatit (mədəaltı vəzi iltihabı) qeydə alınıb, bəzilərində bu ölümlə nəticələnib".


Bakupost.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dərman və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyi xəbərdarlıq edib.

Qurum arıqlama və şəkərli diabetin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanların təhlükəli yan təsiri olduğunu vurğulayıb.

Bildirilir ki, 2025-ci ilin əvvəlindən etibarən yüzlərlə belə hal qeydə alınıb. Məsələn, 22 nəfərdə "Ozempic", 101 nəfərdə isə "Mounjaro" istifadə etdikdən sonra pankreatit yaranıb.

İstehsalçı şirkətlər "Lilly" və "Novo Nordisk" vurğulayıblar ki, pankreatit preparat təlimatında nadir yan təsir kimi göstərilir və dərmanlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir.


Aysel,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar