Ru
15:43 / 28 İyun 2025

Təhsil eksperti vəfat etdi

Təhsil eksperti vəfat etdi
Eye

Təhsil eksperti Nadir İsrafilov vəfat edib.


Bakupost.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.


Xatırladaq ki, Nadir İsrafilov 25 iyun tarixində reanimasiyaya yerləşdirilmişdi. Onun öd kisəsində problem yaranmışdı.


Nadir İsrafilov 1952-ci ildə anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib.


Nadir İsrafilov fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!


Aysel,

BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar