Ru
20:07 / 30 Avqust 2024

Türkiyə səfirliyində Zəfər Bayramı qeyd edilir

Türkiyə səfirliyində  Zəfər Bayramı qeyd edilir
Eye

Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir.

"Report" xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov fəxri qonaq qismində iştirak edir. Həmçinin qonaqlar arasında VI çağırış Milli Məclis deputatları, burada fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər yer alırlar.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar