Ru
13:20 / 07 May 2025

Türkiyədən Hindistanın Pakistana hücumu ilə bağlı BƏYANAT

Türkiyədən Hindistanın Pakistana hücumu ilə bağlı BƏYANAT
Eye

Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir:

“Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.

Tərəfləri sağlam düşüncəyə və birtərəfli hərəkətlərdən çəkinməyə çağıran bəyanatda vurğulanıb ki, Türkiyə bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görücək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılmasına ümid edir.

“Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”, - bəyanatda qeyd edilib..

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar