Ru
23:00 / 10 Noyabr 2026

Ukrayna ilə Polşa nəhayət razılaşdı

Ukrayna ilə Polşa nəhayət razılaşdı
Eye

Ukrayna MiQ-29 qırıcı təyyarələri müqabilində Polşaya dron əleyhinə texnologiya verməyə razılaşıb.


"Bakupost" xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

Onun sözlərinə görə, Polşa Ukraynaya iki ədəd MiQ-29 təyyarəsi verməyi nəzərdən keçirir, bunun müqabilində isə Ukraynanın pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə texnologiyalarına çıxış əldə edəcək.

Razılaşmanın detalları artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Polşa MiQ təyyarələrini Ukraynanın dron texnologiyaları ilə dəyişdirməyi təklif etmişdi. Lakin 2026-cı ilin yayında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirdi ki, Kiyev ilkin razılaşmalardan geri çəkilib və təyyarələrin təhvil verilməsi prosesi dayandırılıb.

Şərhlər
  • B.Dürüst İntellekt

    Azərbaycanda Raket və Dron əleyhinə yetəri vasitələr və prossesual anlayışlar varmı? Varsa, məktəbə necə düşüb? Gəncə və Bərdə necə raket zərbəsinə məruz qaldı? Tarixi Azadlıq Zəfəri dronların tətbiqi üçün yetəri təcrübə olmadımı? Nədən, terrorçu məntəqələri yox, məhv edilmədən illər sonra hədəfə tuş ytgilərə gedildi? Ukrayna daha böyük-geniş RFna heç bir itgisiz yetəri təsirli dron zərbələri ilə müdafiə olunmurmu?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar