Ru
17:26 / 24 May 2024

“Ukrayna kəşfiyyatı bu hücumla birbaşa bağlıdır” - Bortnikov

“Ukrayna kəşfiyyatı bu hücumla birbaşa bağlıdır” - Bortnikov
Eye

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı aparılan istintaq zamanı 20-dən çox adamın həbs edildiyini bildirib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Təhlükəsizlik və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclasında çıxış edən Bortnikov martın 22-də axşam saatlarında silahlı şəxslər tərəfindən törədilən terror aktından danışıb.

"İstintaq davam edir, lakin artıq demək olar ki, Ukrayna hərbi kəşfiyyatı bu hücumla birbaşa bağlıdır. Hücumu törədənlər və onların ortaqları da daxil olmaqla 20-dən çox adam tutuldu. Törədilən cinayətin bütün təfərrüatları müəyyənləşəcək, hadisədə iştirak edənlər də müəyyən ediləcək. Cinayətkarlar cəzasız qalmayacaqlar”, - deyə o bildirib.

Vasif
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar