Ru
21:47 / 11 Avqust 2022

Ukraynada daha bir azərbaycanlı həlak oldu

1827
Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinin Marqanets şəhərini atəşə tutması nəticəsində həmyerlimiz Tofiq Məmməd oğlu Əsgərov həlak olub.



Bakupost.az -ın məlumatına görə, bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib.



Onun sözlərinə görə, Rusiya ordusunun gecə saatlarında Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub. 11 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.



Həlak olanlardan biri 1966-cı il təvəllüdlü azərbaycanlı Tofiq Əsgərovdur.



Məlumata görə, Tofiq Əsgərov Poltava Azərbaycanlıları Radasının sədri Fizuli Qəmbərovun qayınatasıdır.
Şərhlər
  • t.ədalət

    Nədənsə,Ukraynanı biz,xristian dövləti olsa da Türk dövlətlərindən biri kimi sevirik.Deyirlər ki,adamları dərd birləşdirir.Bəlkə də elədir.Çünki Ukrayna da bizim kimi uzun illər rus işğalının altında qalıb,dəhşətli rus vəhşiliyinin qurbanına çevrilib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər