Ru
11:31 / 07 May 2022

Ukraynada daha bir azərbaycanlı zabit yaralandı

Ukraynada daha bir azərbaycanlı zabit yaralandı
Eye

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.


Bakupost.az xəbər verir ki, Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumatına görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur.


O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.


"Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik", - Ə.Səfərov əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar