25 yaş həddi çox yüxarıdır, Bu hədd 18 və ya 19 yaşa endirilməlidir.
Bakupost.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı, general Ben Hodces “Public” nəşrinə müsahibəsində Ukraynada gənclərin hərbi xidmətə çağırılması ilə bağlı deyib.
“Düzünü desəm, bir neçə il əvvəl Ukrayna gəncləri səfərbər etmədiyini eşidəndə, mən təəccübləndim. Çünki Ukraynada hərbi xidmətə çağırış yaşıox yuxarıdır. Dünyanın əksər ölkələrində gənclər18 və ya 19 yaşında hərbi xidmətə çağırılırlar. Ukrayna da bu fürsətdən istifadə edə bilər”, - deyə general bildirib.
O qeyd edib ki, Ukraynanın gənclərini qorumaq qərarını anlayır və buna hörmətlə yanaşır, amma ölkənin əsgərlərə də ehtiyacı var.
Bundan əlavə, Hodces qadınları da hərbi xidmətə daha fəal cəlb etməyə çağırıb. Eləcə də o, xaricdə yaşayan ukraynalıları da yada salıb: "Mən Almaniyada yaşayıram və burada çoxlu ukraynalılar görürəm. Bu doğru deyil, burda yalnız Ukraynaya kömək edə bilməyənlər qalmalıdır. Amma bu yenə də Ukrayna hökumətinin işidir. O, həmin adamların etimadını qazanmalıdır ki, təcili yardımınıza ehtiyacımız var və onların varlıqları dövlət üçün dəyərlidir
Qeyd edək ki, dekabrın 4-də ABŞ dövlət katibi Antoni Blinken Reuters Agentliyinə müsahibəsində deyib ki, ABŞ və müttəfiqləri Ukraynada hərbi xidmətə çağırış yaşının 18 -ə endirilməsində israrlıdırlar. O hesab edir ki, gəncləri müharibəyə cəlb etmək lazımdır.