Ukraynanın Brovarı şəhərində vertolyot qəzası və 14 nəfərin həlak olması ilə əlaqədar 3 günlük matəm elan olunub.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Sapojko bildirib.
Qəza nəticəsində 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb.
Yeri gəlmişkən, Teleqram kanalları vertolyot qəzaya uğradıqdan sonra ilk dəqiqələrdə baş verənlərin görüntüsünü yayıb.
Həmin görüntüləri təqdim edirik: