Ru
17:25 / 30 May 2024

"Ukraynalılar təlim keçmir, təchizat pisdir" - “Vaşinqton Post”

1141
Amerikanın “Vaşinqton Post” qəzeti ukraynalı məmura səfərbərliyin gücləndirilməsi perspektivləri ilə bağlı sual verib. Bundan əvvəl Amerika rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu, Rusiya ordusunun qarşısını almaq üçün ən vacib məqamlardan biridir. Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin səfərbərliyin artırılması ilə yeni əks-hücum əməliyyatına başlaya biləcəyini bildirib.

Bakupost.az xəbər verir ki, "Vaşinqton Post" Ukrayna rəsmisinin yeni səfərbər olunmuş vətəndaşlar haqqında fikirlərini yyaıb.

“Yeni səfərbər olunanlara təlim keçilmir, onlar həvəsləndirilmir, təchiz olunmur”, - deyə Ukrayna rəsmisi bildirib.

O, həmçinin qeyd edib ki, onların hərbi əməliyyatlarda iştirak etmək motivi yoxdur.

Ukraynanın səfərbərliyin artırılması haqqında bu yaxınlarda qəbul etdiyi qanununun cəbhə xəttində kəskin qoşun çatışmazlığı məsələsini kifayət qədər həll edə biləcəyi ilə bağlı sualı cavablandırarkən, Ukrayna rəsmisi "Mən bir ildən sonra daha güclü olacağımız əsasında strategiya qurmazdım" deyib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər