Ru
16:33 / 02 Aprel 2026

“Ukraynanın can atdığı NATO dağılır” – Partiya sədri yeni reallıqları dəyərləndirdi

“Ukraynanın can atdığı NATO dağılır” –  Partiya sədri yeni reallıqları dəyərləndirdi
Eye

“Yeni reallıq odur ki, qəhrəman Ukrayna xalqı Rusiya işğalına qarşı dirənməklə, sonda NATO və AB üzvü ola biləcəyini düşünür, həm də bunun üçün çalışır-vuruşur, ərazi bütövlüyünün bərpası ilə yanaşı, qarşıya cəlbedici məqsəd kimi həm də bu iki məsələni qoyur – amma, NATO dağılmaq üzrədir, ən azından, ciddi tranformasiya ərəfəsindədir, AB ölkələrində artan sağ-millətçilik dalğası isə, bu qurumun cəlbediciliyini ciddi sual altına qoyur, yeni üzv(lər) qəbulunu daha da çətinləşdirilir”.

Bakupost.az xəbər verir ki, bu sözləri “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib.

Partiya sədrinin sözlərinə görə, daha bir qəribə reallıq ondan ibarətdir ki, əvvəllər nüvə silahı sülhün zəmanəti, nüvə silahına malik olan ölkələrin bir-biri ilə, və ya nüvə silahı olmayan ölkənin bu silaha malik olan dövlətə müqavimət göstərə, müharibə apara bilməyəcəyi mütləq həqiqət sayılırdı: “Yeni reallıq fərqlidir – hər iki ölkədə nüvə bombası olmasına baxmayaraq, Hindistan ilə Pakistan ara-sıra döyüşür, Rusiyanın nüvə silahı var, amma, Ukrayna limanlarını, zavodlarını, Urala qədər bütün ərazisini raket-dron atəşinə tutur. Boynuna almasa da İsrailin də nüvə silahı var, amma, İran İsrailə tarixində görmədiyi zərbələr vura bilir”.

“Bax belə qəribə, mücərrəd, tabuların yıxıldığı bir dünyada, yeni reallıqda yaşayırıq...”, – deyə Natiq Cəfərli bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar