Ru
13:31 / 24 Noyabr 2022

Universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi - FOTO

Universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi - FOTO
Eye

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a ali məktəbdən bildiriblər.

Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar