Ru
21:57 / 15 Aprel 2024

“Uşaqlar üçün aylıq ödəniş mexanizmi yaradılmalıdır” - İqtisadçı

1009
“Uşaqlar üçün nəzərdə tutulan sosial müavinətlərin ("uşaq pulu") mexanizmi yaradılmalıdır. Bu, onların sosial müdafiəsi üçün vacibdir. Fikrimcə, burada həm keyfiyyətli təhsil xidmətlərinə çıxış, həm də sağlam qidalanma kimi parametrləri özündə əks etdirən mexanizm olmalıdır”.


Bunu iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a deyib.

O bildirib ki, bir uşağa münasibətdə daha az, uşaq sayı artdıqca daha çox olmaqla aylıq ödəniş mexanizmi yaradılması vacibdir:

"Bəzi fəaliyyət sahələri var ki, orada çalışanların əməkhaqqısı çox yüksəkdir. Bu zaman ilkin dövrlərdə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər”.

Rəşad Həsənov qeyd edib ki, uşaq pulunun bərpası ilə bağlı dəfələrlə məsələ qaldırılıb:

“Bu gün ölkədə "uşaq pulu”nun bərpası üçün imkanlar var, son qərarı hökumət verməlidir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər