Ru
16:54 / 27 Noyabr 2026

Uşaqların “X” hesablarına valideyn nəzarəti: Hansı imkanlar olacaq?

Uşaqların “X” hesablarına valideyn nəzarəti: Hansı imkanlar olacaq?
Eye

“X” sosial şəbəkəsi 13-17 yaşlı yeniyetmələrin valideynləri üçün nəzarət funksiyasını istifadəyə verib. Yeni imkan valideynlərə uşaqlarının platformadan istifadə müddətini məhdudlaşdırmağa və izlədikləri məzmunu filtrləməyə imkan verir.

“Bakupost” xəbər verir ki, valideynlər övladlarının platformada keçirdiyi vaxtı görə, gündəlik istifadə limiti təyin edə biləcəklər. Həmçinin video və məzmun tövsiyələrini uşaqların izlədiyi hesablarla məhdudlaşdırmaq, müəyyən sözləri filtrləmək və həssas məzmunun göstərilməsini bloklamaq mümkün olacaq.

Bununla belə, valideynlər uşaqların şəxsi mesajlarını oxuya, axtarış və baxış tarixçəsinə daxil ola bilməyəcəklər. Onlar övladlarının hesablarına daxil olmaq və onların adından paylaşım etmək imkanına da malik olmayacaqlar.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar