Ru
22:30 / 18 Yanvar 2023

Uzaq durmalı olduğunuz 5 kişi tipi

Uzaq durmalı olduğunuz 5 kişi tipi
Eye

Xoşbəxt münasibət qurmaq üçün düzgün insan seçməlisiniz. Bəzi kişilər sizi xoşbəxt etmək üçün əllərindən gələni edirlər. Amma elə kişilər var ki, onlarla ömür keçməz.

Bakupost.az uzaq durmalı olduğunuz kişi tipləri ilə bağlı məlumatları təqdim edir.

Hər bir qadın xoşbəxt, dinc və ehtiraslı bir münasibət istəyir. Ancaq bəzən yaşadığımız sevgi bizə əziyyət verir. Üzülməmək və peşman olmamaq üçün bu cür kişilərdən uzaq durmalısınız:

Eqoist tiplər

Yalnız özünü düşünən və sizə qayğı göstərməyən bir kişi ilə birlikdəsinizsə, münasibətinizdə xoşbəxtlik tapmaq qeyri-mümkündür. Əgər o, dünyanın ən yaxşı insanı olduğunu söyləyir və ya özünü hamıdan üstün hesab edirsə, bu adamla münasibətinizi yenidən nəzərdən keçirin.

Yalan söyləyənlər

Etibar edə bilmədiyiniz zaman, bu, emosional olaraq sizi yorur. Yalan danışan bir adamla bərabər olmaq etibarınızın sarsılmasına səbəb ola bilər. Belə kişilər vədlərinə əməl etmirlər.

Hər şeyə səthi yanaşanlar

Birini bəyəndiyiniz zaman onunla növbəti səviyyəyə keçmək istəyirsiniz. Ancaq bəzi kişilər gələcək haqqında danışmağı sevmirlər. Bu, onların münasibətdə ciddi olmadığını və vəziyyəti səthi saxlamağa çalışdığını göstərir. Bu cür biri ilə vaxt itirməyə dəyməz.

Yalnız istədiyi zaman sizi axtaranlar

Hər zaman sevdiyiniz insanla görüşmək və onunla birlikdə olmaq istəyirsiniz. Ancaq bəzi kişilər yalnız istədikləri zaman görüşməyə üstünlük verirlər. İstədiyi və ya canı sıxıldığı zaman ünsiyyət quran kişi üçün heç vaxt önəmli ola bilməyəcəksiz. Belələri ilə sağlam münasibət qurmaq mümkün deyil.

Nəzarətçi

Sizə nə geyinəcəyinizi, nə edəcəyinizi, hər hansı bir yerdə nə danışacağınızı söyləyən bir insan həyatınızı yönləndirməyə çalışacaq. Yavaş-yavaş bu münasibət dözülməz həddə çatacaq. Sizi manipulyasiya etməyi sevən, qısqanc, şübhəli kişilər etibarsızdırlar. Ən yaxşısı vaxtında onlardan uzaqlaşmaqdır.

Əfsanə Rəcəb
BakuPost

Şərhlər
  • Rzayev sebuhi

    Bele bawa duwduk ki demeli Kisi qadini buraxmalidir oz bawina ne isteyir geyinsin hara isteyir getsin.Ona gore Gunu gunden klublar artir Ve o klublari dolduracaq Salfetler.Ele bu sebeden kiwiler qabalawir vehwilewir qadinlar ise dahada gizellewmeye caliwir.

  • t.ədalət

    Ər qadının üzərində nəzarəti ituirsə onu özgə kişinin qucağında tapar.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar